Modern.az

Qənirə Paşayeva parlamentdə jurnalislərin və müəllimlərin problemini qaldırdı

Qənirə Paşayeva parlamentdə jurnalislərin və müəllimlərin problemini qaldırdı

14 Noyabr 2012, 13:15

Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Qənirə Paşayeva ipoteka kreditləri ilə bağlı yaranan problemlərdən şikayətlənib. İpotekanın heç bir halda orta təbəqəyə kömək etmədiyini bildirən deputat kredit şərtlərinin sadələşdirilməsini təklif edib.

Daha sonra millət vəkili jurnalistlərimn ev probleminə toxunaraq, onların da ipotekadan yararlana bilmədiklərini deyib.

Milllət vəkili müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı məsələnin açıq qaldığını dilər gətirib. Deputat məsələnin həllinin vacib olduğunu vurğulayıb.

Bundan başqa Q.Paşayeva işğal olun Azərbaycan əraziləri ilə bağlı yol kənarlarında nişanların qoyulmamasından şikayətlənib. Deputatın sözlərinə görə, Qarabağ bölgəsində işğal olunmuş rayonlar haqda yol nişanları quraşdırılmalıdır.

Qənirə Paşayeva Milli Məclisin Uruqvay dövlətinə və Parlamentinə etiraz müraciəti göndərməsini təklif edib. Buna səbəb Uruqvay parlamentinin spikeri Xorxe Orikonun Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə səfər etməsi olub.

Qənirə Paşayeva deyib ki, Uruqvay parlamentinin sədri Azərbaycanın ərazi bütövlüyünə çox böyük hörmətsizlik nümayiş etdirib.
“Uruqvay parlamentinin spikeri Azərbaycanın Ermənistanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində separatçı erməni rejiminin rəhbəri ilə görüşüb və bu, Azərbaycanın ərazi bütövlüyünə böyük bir hörmətsizlik olmaqla yanaşı, beynəlxalq təşkilatların qərar və qətnamələrinə ziddir.

Qənirə Paşayeva bildirib ki,  Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı Uruqvaya nota verməsi ilə bərabər, Azərbaycan Parlamentinin Uruqvay Parlamentinə etiraz müraciəti göndərməsi vacib və önəmlidir . O, deyib ki,  Milli Məclis mütləq bununla bağlı öz etirazını Uruqvay dövlətinə bildirməlidir: "Azərbaycan parlamentinin bununla bağlı etiraz müraciəti göndərməsini təklif edirəm".

X.Səfəroğlu

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım