Modern.az

Eldar İbrahimov: “Köhnə maşınlara minəndə utanırdıq”

Eldar İbrahimov: “Köhnə maşınlara minəndə utanırdıq”

15 Noyabr 2012, 15:14

Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Eldar İbrahimov millət vəkillərinin ezamiyyə xərclərinin artırılmasını təklif edib. Xarici ölkələrdə tez-tez səfərlərdə olduğunu bildirən deputat ezamiyyət xərclərinin azlığından gileylənib.

“Biz tez-tez xarici ölkələrdə səfərlərdə oluruq, qeyd edim ki, səfərlər zamanı ezamiyyət xərclərinin azlığı nəzərə çarpır. Elə ölkələr var ki, orada ezamiyyət xərcləri bahadır, bu baxımdan ayrılan məbləğin artırılmasına ehtiyac yaranır”.

Bundan başqa, Eldar İbrahimov Milli Məclisin komitə sədrlərinə yeni avtomobillərin verilməsindən razılığını bildirib.  Deputat deyib ki, onlara yeni avtomobilllərin verilməsi çox yaxşı haldır.

“Köhnə avtomobillərlə rayonlarda gedəndə maşından minib-düşməyə utanırdıq. İndi cənab prezident bizə yeni “Mercedes”lər verib”.

Deputat Hadi Rəcəbli də komitə sədrlərinə yeni avtomobillərin verilməsinin yerinə düşdüyünü bildirib. Millət vəkili həmçinin avtomobillər üçün ayrılan yanacağın məbləğinin artırılmasını təklif edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım