Parlament Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsini müzakirəyə çıxarır
Modern.az saytının məlumatına görə, Milli Məclisin növbəti iclası noyabrın 20-də keçiriləcək. Parlamentdən saytımıza bildirilib ki, iclasın gündəliyinə 9 məsələ daxildir. Bu məsələlərdən 6-sı Azərbaycanın Türkiyə və Tacikistanla əlaqələrinə dair sənədlərin ratifikasiyası barədədir.
Gündəlikdəki diqqət çəkən əsas sənədlərdən biri Azərbaycan qazının Türkiyə ərazisində qəbulu, tranziti və satışına dair müstəqil boru kəmərinin inşasının təsdiqi ilə bağlıdır.
Digər maraq doğuran məsələ Türkiyə ilə Azərbaycan arasında əldə edilən razılaşma əsasında gerçəkləşdiriləcək Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin Milli Məclisin gündəliyinə salınmasıdır.
Milli Məclis həmin gün Cinayət Prosessual Məcəlləsinə dəyişiklik edilməsi haqqında”, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi və “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna dəyişiklik edilməsinə dair sənədləri də müzakirəyə çıxaracaq.
Modern.az