Modern.az

“Facebook-da səhifəm var? Bunu sizdən eşidirəm” - Facebook-dakı DEPUTATLAR

“Facebook-da səhifəm var? Bunu sizdən eşidirəm” - Facebook-dakı DEPUTATLAR

22 Noyabr 2012, 10:43

Facebook sosial şəbəkəsində Milli Məclisin bir çox üzvləri aktivdirlər. Son vaxtlar bu sosial şəbəkədə profil yaradan deputatların sırası genişlənib. Modern.az bununla bağlı millət vəkilləri arasında sorğu keçirərək, həmin səhifələrin deputatların özlərinə aid olub-olmadığını öyrənib.

Milli Məclisin vitse-spikeri Bahar Muradova da Facebook-da profili olan deputatlar sırasındadır. Vitse-spiker bildirib ki, “Bahar Muradova” adı ilə bir neçə səhifə olsa da, onun rəsmi səhifəsində öz şəkli var. İnsanlar bununla onu tanıya bilərlər.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova isə Facebook-da profilinin olmadığını deyib. Rəbiyyət Aslanova adı ilə səhifənin olduğunu bizdən öyrənən millət vəkili bunu bir qədər təəccüblə qarşılayıb. O bildirib ki, Facebook-da özü heç bir səhifəsi yaratmayıb:  “Mənim adıma kim səhifə açıb bilmirəm, amma o mənə aid deyil”, – deyə R.Aslanova vurğulayıb.

Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin də Facebook sosial şəbəkəsində profili var və bu, onun öz səhifəsidir.

Milli Məclisin üzvi Mübariz Qurbanlı da hər zaman sosial şəbəkələrdə aktiv olduğunu qeyd edib. “Həm Facebook, həm də Twitter-də varam. Səhifəmdə hər kəs yaza bilir. Hətta mənim əleyhimə yazanlar da var, qoy yazsınlar”.

Facebook sosial şəbəkəsində daha aktiv olan deputatlar isə Fuad Muradov, Fazil Mustafa, Azay Quliyev, Qənirə Paşayeva, Əli Məsimli, İqbal Ağazadə, Zahid Oruc, Ceyhun Osmanlı, Asim Mollazadədır.

Sevinc İltifatqızı

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım