Modern.az

Növbəti iclasda AMNİSTİYA gözlənilir

Növbəti iclasda AMNİSTİYA gözlənilir

1 Noyabr 2021, 13:35

“Milli Məclisin noyabrın 5-nə planlaşdırılan plenar iclasında Amnistiya aktı parlamentə təqdim edilə bilər".

 

Bunu Modern.az-a Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib. Deputat qeyd edib ki, hələlik iclasın gündəliyi açıqlanmayıb:

 

“Ehtimal edirəm ki, Milli Məclisin həmin iclasına Amnistiya aktı təqdim olunacaq. Əgər gündəliyə salınarsa, müzakirə aparılacaq, səsvermə olacaq. Səs çoxluğu ilə qəbul edildiyi halda Amnistiyanın tətbiqinə başlanacaq”.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?