Modern.az

Siyavuş Novruzov müxalifəti erməni adlandırdı

Siyavuş Novruzov müxalifəti erməni adlandırdı

11 Dekabr 2012, 12:47

Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Siyavuş Novruzov  müxalifətin dünən Fəvvarələr Meydanında keçirilən etiraz aksiyasına münasibət bildirib. YAP-çı deputat İctimai Palatanın keçirdiyi aksiyanı “uşaq şıltaqlığı” adlandırıb.

Deputat müxalifət nümayəndələrini sərt tənqid edərək onların ermənilərdən fərqlənmədiyini bildirib.

“Hətta “Eurovision” vaxtı bir qrup jurnalisti aparıb Bakının Əhmədli, Günəşli qəsəbələrini göstərmək ermənilikdən fərqlənməyən bir məsələdir.  20 ildir bu insanlar hərəkətlərini eyniliklə təkrarlayırlar. Hətta Azərbaycan BMT-yə daxil olan zaman bunlar Bakıda mitinq keçirdilər. Hansı ki, Azərbaycanın BMT-yə daxil olmağımız müstəqil dövlət kimi tanınmamız demək idi. Bu hər hansı hakimiyyətlə bağlı məsələ deyil. Belə adamlara Azərbaycanda yer yoxdur”, -deyə S.Novruzov vurğulayıb.

YAP-çı deputat daha sonra son günlər müzakirə olunan  Gürcüstanda yaşayan soydaşlarımızın üzləşdikləri problemə toxunub. O, bildirib ki, orada 500 min azərbaycanlının yaşamasına baxmayaraq, cəmi 3 azərbaycanlı deputat var.

“Biz bu məsələlərlə bağlı dəfələrlə Gürcüstanın spikeri ilə görüşmüşük”.

Deputat həmçinin çıxışında Gürcüstanda yaşayan azərbaycanlıların iş məsələsini qaldırıb. O qeyd edib ki, bu məsələləri həll eləmək lazımdır. “Azərbaycanlıların beş kiloqram ora alma aparması, 10 kq armud gətirməsi məsələsi deyil”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım