Modern.az

Milli Məclisdə İran deputatları iki yerə böldü

Milli Məclisdə İran deputatları iki yerə böldü

11 Dekabr 2012, 14:03


Milli Məclisdə Azərbaycanla İran arasında güzəştli sərhəd keçidlərinə dair memorandumun ləğvi ilə bağlı deputatlar müzakirələr aparıblar.

Məsələnin müzakirəsi zamanı çıxış edən deputat Fuad Muradov bildirib ki, Azərbaycanla İran arasında bağlanmış sənədlərin beynəlxalq hüquq normalarına uyğun olaraq yenidən baxılmasına ehtiyac duyulur. Deputatın fikrincə, bu məsələlərlə bağlı xeyli problemlər var.

F.Muradov daha sonra Xəzər məsələsinə toxunub və İran tərəfinin mövqeyini diqqətə çatdırıb.

O, İranın Azərbaycanla sərhəddə “Xudafərin” Su anbarı tikməsinə də münasibət bildirib: "Bu anbarın 230 metrdən hündür olmasına nə ehtiyac var idi. Hesab edirəm ki, bu, Azərbaycan üçün təhlükədir. Bu məsələlərə diqqət edilməlidir. Hökumət gələcək işlərlə bağlı ciddi işləyir və yaranacaq təhlükənin qarşısını almaqdan ötrü təqdirəlayiq addımlar atır. Bu məsələ də unudulmamalıdır".  

Fuad Muradov bir müddət öncə Araz çayının daşdığını yada salaraq bununla böyük problemlər yaşanıldığını qeyd edib: "Bu baxımdan "Xudafərin" Su anbarı ilə bağlı daha ciddi problemlər yaşana bilər. Ehtiyytlı olmaq lazımdır. Azərbaycan həmişə dostluğa, əməkdaşlığa önəm verən bir ölkədir”.

Deputat Qüdrət Həsənquliyev isə müzakirəyə çıxarılan sənədlərin əleyhinə olduğunu söyləyib:

“Azərbaycan dünyəvi bir ölkədir. Oradakı təkcə azərbaycanlılar deyil, farslar da dünyaya çıxsınlar. Mən bunun əleyhinə səs verəcəm. Ermənistan 2013-cü ildən Avropa Birliyinə üzv ölkələrə viza rejiminin tətbiqini ləğv edir. Biz niyə bu addımı atmırıq? Biz də mütləq viza rejimini ləğv etməliyik. İran bu gün Ermənistanın ayaqda qalması üçün ona ən böyük dayaq olan bir ölkədir”, - deyə deputat bildirib.

Daha sonra Siyavuş Novruzov çıxış edərək bildirib ki, indi Azərbaycan o qədər inkişaf edib ki, İrana ticarət üçün getməyə ehtiyac duyulmur. Bu qanun 35 km İran tərəfindən və 35 Azərbaycan tərəfindən sərhəd əraziləri əhatə edirdi. Buna baxmayaraq insalar yenə İrana gedib gələcəklər.

Millət vəkili hesab edir ki, dövlətin təhlükəsizliyi məsələsində silahlı qruplaşmaları aradan qaldırması, narkotiv dövriyyətin və dini cərəyanların aradan qaldırılması üçün bu mütləq lazım idi. Gələcəkdə ola bilər ki, hər hansı addım atıla bilər.

Daha sonra millət vəkili Zeynəb Xanlarova çıxış edib. O, bildirib ki, Qüdrət Həsənquliyevin dedikləri onun ürəyincədir. “İranda olanlar bizim qardaşlarımızdır. Qardaşı qardaşdan ayırmaq olar? İndi bəziləri xəstədir, İranda müalicə olunmaq istəyir. Bizi bir-birimizdən təcrid etmək düzgün deyil. Mən bu qərarın əleyhinə səs verəcəm. Əgər farsı düşmən hesab ediriksə, onlar üçün belə qərar qəbul edək. Yox, millətimizi qoruyuruqsa, Milli Təhlükəsizlik Nazirliyi nə üçündür, yoxlasınlar. Mən bu qərarın əleyhinə səs verəcəm”.

Müzakirəyə qoşulan vitse-spiker Ziyafət Əsgərov məsələni siyasiləşdirməməyə çağırıb. Onun sözlərinə görə, bunu başa düşmək lazımdır ki, memorandumun vaxtı başa çatıb. “Viza rejimi tətbiq olunacaq. Ola bilsin yeni qanun layihəsi hazırlanacaq. Nə vaxt ki, biz bunu təsdiqləyəcəyiksə yenidən bu məsələlər həll olunacaq. Burada siyasi amil axtarmaq lazım deyil”.

Müzakirələrdən sonra Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında” Memorandumun təsdiq edilməsi barədə” 2005-ci il qanununun ləğv edilməsi haqqında  və “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında” Memorandumun təsdiq edilməsi barədə” 2006-cı il qanununun ləğv edilməsi haqqında sənədləri təsdiqləyib.

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım