Modern.az

Ağsaqqallar Şurasının Ramiz Mehdiyevlə əlaqəsi YOXDUR

Ağsaqqallar Şurasının Ramiz Mehdiyevlə əlaqəsi YOXDUR

Parlament

13 Dekabr 2021, 15:45

“Əlaqələrimizin daha da inkişaf etdirmək üçün Türkiyədə səfərdəyik. Səfər çərçivəsində əlaqələrin daha da inkişaf etdirmək, qardaşlıq münasibətlərin irəlilətmək üçün danışıqlar aparılacaq”.

 

Bu sözləri Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Eldar Quliyev Modern.az-a danışarkən deyib.

 

O bildirib ki, Türk Ağsaqqallar Konseyi ilə gələcək fəaliyyət proqramımızı hazırlamışıq:

 

“Biz hazırda Binəli Yıldırımın dəvəti ilə Türkiyəyə səfərdəyik. Bildiyimiz kimi, bu il Türk Dövlətləri Birliyi və bunun nəzdində Türk Dünyası Ağsaqqallar Konseyi yarandı. Binəli Yıldırım da həmin konseyin rəhbəri seçildi. Biz Binəli Yıldırımla danışdıq və görüş təyin etdik.

 

Görüş çərçivəsində gələcək fəaliyyətlə əlaqəli proqram hazırlandı. Əlaqələrimizi daha da inkişaf etdirmək üçün danışıqlar aparacağıq. Çalışacağıq ki, əlaqələrimiz türkdilli dövlətlərlə daha da möhkəmlənsin”.

 

 

Parlamentari Ağsaqqallar Şurasının Ramiz Mehdiyevlə əlaqəsi məsələsinə də aydınlıq gətirib:

 

“Bu məlumatların hamısı şər və böhtandır. Ramiz Mehdiyevin Ağsaqqallar Şurası ilə heç bir əlaqəsi yoxdur. Bu cür məlumatlar yayan şəxslər aranı qarışdırıb, nifaq salmaq istəyirlər”.

 

Xatırladaq ki, Azərbaycan Ağsaqqallar Şurasının Ramiz Mehdiyevə aid olduğu, bu qurumu onun yönəltdiyi barədə sosial şəbəkələrdə iddialar tez-tez yer alır.

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər