Modern.az

Deputatdan nazirliyə çağırış: “Qarabağda işçi çatışmır”

Deputatdan nazirliyə çağırış: “Qarabağda işçi çatışmır”

Parlament

27 Dekabr 2021, 11:10

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Aqil Abbas gənclərin Qarabağa cəlb edilməsi məsələsindən danışıb.

 

Modern.az xəbər verir ki, deputat Qarabağda böyük işlər görüldüyünü bildirib:

 

"Görülmüş işlər göz qabağındadır. Hesab edirəm ki, tələbə inşaat dəstələri yenidən bərpa olunmalıdır. On minə qədər işçi qüvvəsi az rəqəm deyil. Gənclər və İdman Nazirliyindən xahiş edirəm, yaya qədər vaxt var. Gəncləri, tələbələri Qarabağa cəlb etsinlər. Azərbaycan və Qarabağ üçün işçi lazımdır. İşçi çatışmır. 300-400 manat versəniz, gedib işləyəcəklər. Necə ki, ölümə getdilər, eləcə də işləməyə gedəcəklər".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü