Modern.az

Seçkilərdə bölgələrdən qadın namizədlər iştirak etmir 

Seçkilərdə bölgələrdən qadın namizədlər iştirak etmir 

Parlament

27 Dekabr 2021, 12:40

Parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Siyavuş Novruzov gender bərabərliyindən danışıb.

 

Modern.az xəbər verir ki, deputatın sözlərinə görə, bələdiyyə seçkilərində çox vaxt gender bərabərliyi pozulur:

 

"Bakı, Sumqayıt və Gəncə şəhərlərini çıxmaq şərtilə, digər bölgələrdə qadın namizədlər iştirak etmir. İştirak etsələr də, həyat yoldaşları şəkillərini plakat şəklində vurulmasına icazə vermirdi. Bu cür halların düzəlməsi zaman tələb edir. Burda balans pozulur. Bu cür məsələlər üçün ibtidai siniflərdən başlamaq lazımdır"

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü