Modern.az

Deputat veteranlara veriləcək təqaüddən DANIŞDI

Deputat veteranlara veriləcək təqaüddən DANIŞDI

Parlament

30 Dekabr 2021, 11:20

Milli Məclisin deputatı Məlahət İbrahimqizı parlamentin bu gün keçirilən plenar iclasında veteran danışıb.

 

Modern.az-in xəbərinə görə, deputat bildirib ki, cənab prezidentin veteranlıq vəsiqəsinin verilməsi ilə bağlı imzaladığı sərəncam diqqətəlayiqdir:

 

"Neçə müddət idi ki, Vətən savaşında iştirak edənlər veteran vəsiqəsinin veriləcəyi günü gözləyirdi. Seçicilərim tərəfindən də tez-tez bu barədə suallar ünvanlanırdı. Artıq məsələ öz həllini tapmaq üzrədir. Hesab edirəm ki,  Nazirlər Kabinetinin müvafiq şöbəsi bu məsələni diqqətdə saxlayacaq.

 

Dünən imzalanan bütün sərəncamlar bir daha göstərir ki, Prezidentimiz hər an xalqımız yanındadır. Sərəncamda müharibə veteranı adı verilməsi ilə bağlı bütün qurumlara tapşırıqlar verilib. Mən əminəm ki, 2016-cı ildə baş verən Aprel döyüşlərində iştirak edən şəxslər də veteran adı və təqaüdü alacaqlar. Nazirlər Kabinetinin müvafiq şöbəsinin bu məsələni diqqtədə saxlaması yaxşı olardı”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir