Modern.az

Deputatlar qış tətilinə ÇIXDILAR

Deputatlar qış tətilinə ÇIXDILAR

Parlament

30 Dekabr 2021, 13:26

Milli Məclisin payız sessiyası çərçivəsində sonuncu iclası başa çatıb.

 

Modern.az-ın məlumatına görə, spiker Sahibə Qafarova Milli Məclisin payız sessiyasını bağlı elan edib.

 

Sonda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

 

Bununla da Milli Məclisin payız sessiyası işini yekunlaşdırıb.

 

Beləliklə, parlament yanvarın 1-dən tətilə buraxılır.

 

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

 

Tətil dövründə deputatlar məzuniyyətdə sayılır. 

 

Azərbaycan Konstitusiyasına əsasən, Milli Məclis hər il yaz və payız sessiyasına toplaşır. Yaz sessiyası fevralın 1-də başlanır, mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır, dekabrın 30-da başa çatır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir