Modern.az

Fazil Mustafa parlamentdə viza məsələlərini qaldırdı

Fazil Mustafa parlamentdə viza məsələlərini qaldırdı

21 Dekabr 2012, 12:35

Milli Məclisin plenar iclası cari məslələrin müzakirəsi ilə öz işinə başlayıb. Modern.az xəbər verir ki, deputat Fazil Mustafa çıxış edib. O, Gürcüstanda yaşayan azərbaycanlıların sərhədi keçməsi məsələsinə münasibət bildirib. “Burada keçən insanlara müəyyən vaxt qoyulur, qeyd olunan vaxtdan artıq qaldıqda 400 manat cərimə olunur. Bu imkansız insanlar üçün çox çətin məsələdir”.

Eyni zamanda F.Mustafa İran-Azərbaycan arasında viza rejiminin bərpası məsələsinə münasibət bildirib. “Bundan daha çox sərhədyanı bölgədə yaşayanlar əziyyət çəkir. Həmçinin Azərbaycanda səhiyyənin bərbad olduğu bir zamanda kasıb insanlar heç olmazsa imkanlaşdırıb öz sağlamlıqlarını qorumaq və bərpa etmək üçün İrana gedirdilər, indi bunun da qarşısı alınır. Amma varlı insanlar dünyanın hər yerinə gedə bilirlər. Hesab edirəm ki, bu doğru yanaşma deyil. Bununla bağlı siyasi qərar verilməlidir”.

Deputat çıxışı zamanı siyasi məhbuslar məsələsinə toxunub və bildirib ki, onların azad olunması ilə bağlı məsələ qaldırılmalıdır.

Spiker Oqtay Əsədov isə qeyd edib ki, Azərbaycanda səhiyyənin bərbad olması haqqında deyilən fikirlər doğru deyil. “Belə fikirlər səsləndirməklə səhiyyə ilə bağlı doğru olmayan rəy formalaşdırılır. Bu düzgün deyil, belə fikirlər səsləndirmək olmaz”.

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım