Modern.az

Parlamentdə QALMAQAL: xanım deputat Siyavuş Novruzova diletant dedi

Parlamentdə QALMAQAL: xanım deputat Siyavuş Novruzova diletant dedi

21 Dekabr 2012, 14:23

Milli Məclisin bugünkü iclasında “Mədəniyyət haqqında” qanunun müzakirəsi zamanı deputat Siyavuş Novruzovla  millət vəkili Gövhər Baxşəliyeva arasında ciddi "söz atışması" yaşanıb.

Siyavuş Novruzovun Azərbaycan tarixi barədə dediyi ifadələr  Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva tərəfindən sərt etirazla qarşılanıb.

G. Baxşəliyeva Siyavuş Novruzovun Azərbaycan tarixi və mədəniyyəti barədə dediklərinə etiraz edərək, onu diletant və naşı adlandırıb.

Xanım deputatın sözlərinə görə, S.Novruzovun yaradıcı təşkilatlar barədə tənqidi şərhləri Milli Məclisdə səsləndirməsinə təəssüf edir və bildirir ki, deputatlar belə danışmamalıdırlar.

“Milli Elmlər Akademiyasında verilən cüzi maaş müqabilində yaradıcı adamlar son dərəcə əhəmiyyətli işlər görürlər. Məhz akademiyanın institutlarının gördüyü işlər nəticəsində Azərbaycan tarixi və mədəniyyəti haqqında ciddi və sanballı hesabatlar ortadadır. Onların yazdığı yazılar nəticəsində Azərbaycan tarixi barədə müəyyən təsəvvürlər yaranıbdır”.

Daha sonra millət vəkili qeyd edib ki, tarix barəsində diletant fikirlərin səsləndirilməsi çox yersizdir. “Xəbərləri olmamaq o demək deyil ki, vəziyyət pisdir. Apardığımız elmi araşdırmalar bəzi partiya funksionerlərindən daha çox fayda verir”.

Daha sonra G.Baxşəliyeva bildirib ki, elm adamları tərəfindən Azərbaycan mədəniyyəti, tarixi barədə çox gözəl araşdırmalar var. Milli Elmlər Akademiyasında fəaliyyət göstərən alimlər çox həvəs və fədakarlıqla öz işləri ilə məşğul olurlar. Gövhər Baxşəliyevanın sözlərinə görə, Tarix İnstitutunun fəaliyyətinin istənilən sahəsində irəliləyişlər var.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım