Modern.az

Deputatlar qış tətilindən qayıtdılar

Deputatlar qış tətilindən qayıtdılar

Parlament

17 Yanvar 2022, 09:12

Milli Məclisinin deputatları tətildən qayıdıblar.

 

Modern.az xəbər verir ki, parlament üzvlərinin tətili dekabrın 30-dan yanvarın 17-dək davam edib.

 

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti yanvarın 15-də başa çatıb.

 

Həmin tarix isə şənbə gününə təsadüf etdiyindən deputatlar bu gündən işə çıxacaqlar.

 

Parlamentin komitə iclaslarının keçirilməsinə isə sabahdan başlanılacaq.

 

Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü