Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 2022-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planını müzakirə edib.
Modern.az xəbər verir ki, komitə iclasında təqdim olunan iş planına əsasən, yaz sessiyasında “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Lombardlar haqqında”, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihələrinin müzakirəsi nəzərdə tutulur.
Bununla bərabər, Hesablama Palatasının illik fəaliyyəti barədə hesabat və komitəyə daxil olacaq digər layihələrin baxılması da sessiya ərzində həyata keçiriləcək.
Komitə aidiyyəti qurumlarla, sahibkarlarla, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri ilə görüşlərin, dinləmələrin keçirilməsini planlaşdırıb. Komitə üzvləri iclasda bir sıra təkliflərlə çıxış ediblər.
Qeyd edək ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, sədr müavini Əli Məsimlidir.