Modern.az

Vitse-spiker hesabat verəcək

Vitse-spiker hesabat verəcək

Parlament

21 Yanvar 2022, 11:44

Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsi hesabat verəcək.

 

Modern.az xəbər verir ki, komitənin 2022-ci il 25 yanvar tarixli iclasının gündəliyinə əsasən, 2021-ci ilin payız sessiyası dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə hesabat təqdim ediləcək.  

 

Komitə iclasında, həmçinin Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2022-ci il yaz sessiyası üçün iş planının layihəsi də açıqlanacaq.

 

Qeyd edək ki, İctimai birliklər və dini qurumlar komitəsinin sədri vitse-spiker Fəzail İbrahimlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi