Modern.az

Pensiya islahatları ilə bağlı dinləmələr keçiriləcək

Pensiya islahatları ilə bağlı dinləmələr keçiriləcək

Parlament

26 Yanvar 2022, 14:20

Parlamentin yaz sessiyasında “Məşğulluq haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirə olunacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyası üzrə iş planına məsələ daxil edilib. Komitənin bu gün keçirilən iclasında deputatlar sözügedən layihə haqqında fikir mübadiləsi aparıblar.

 

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, əvvəlki sessiyalarda da bununla bağlı məsələ qaldırılıb, qanunda əlavə və dəyişikliklərə ehtiyac var.

 

Bundan əlavə, komitənin 2022-ci il üzrə yaz sessiyasının iş planına “Pensiya islahatları” və “Tütündən istifadənin məhdudlaşdırılması” haqqında dinləmələr də daxil edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi