Modern.az

Baltikyanı ölkələrə səfər əlaqələrimizi daha da gücləndirəcək

Baltikyanı ölkələrə səfər əlaqələrimizi daha da gücləndirəcək

11 Fevral 2022, 13:15

Bu yaxınlarda Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti Baltikyanı ölkələrdə rəsmi səfərdə olub.

 

Nümayəndə heyətində Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov, Litva ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəsib Məhəməliyev, Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova, deputatlardan Rəşad Mahmudov, Elnur Allahverdiyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər təmsil olunublar.

 

Baltikyanı ölkələrdəki danışıqlar barədə Modern.az-a danışan Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Jalə Əhmədova səfərin uğurlu alındığını bildirib.

 

 

“Milli Məclisin sədri Sahibə xanım Qafarova səfər çərçivəsində Baltikyanı ölkələrin rəhbərliyi, parlament nümayəndələri və digər rəsmi şəxslərlə mühüm əhəmiyyətli görüşlər keçirdi, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardı. Spiker çıxışlarında Zəngəzur dəhlizinin Avropa ölkələri üçün əhəmiyyətindən söz açaraq, 44 günlük müharibədən sonra Azərbaycanın geosiyasi müstəvidə həlledici rolu və digər mühüm məqamlara toxundu.

 

Baltikyanı ölkələrə səfərimiz kifayət qədər uğurlu alındı. Keçirilən görüşlərin ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinə, parlamentlərarası dostluq qrupları arasında, habelə iqtisadi və siyasi sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə, texnologiya sahəsində tərəqqiyə müsbət təsir göstərəcəyini xüsusi vurğulamaq istəyirəm.

 

Onu da qeyd edim ki, Baltikyanı ölkələrin nümayəndələrinin yaxın zamanda ölkəmizə səfəri nəzərdə tutulur ki, bu da ölkələrimiz arasındakı əlaqələrin inkişafını daha da gücləndirəcək”, - deyə deputat vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi