Modern.az

“Şeyxin səlahiyyəti nəzir qutusu ilə bağlıdır?” - Vitse-spiker

“Şeyxin səlahiyyəti nəzir qutusu ilə bağlıdır?” - Vitse-spiker

Parlament

15 Fevral 2022, 13:29

""Dini etiqad azadlığı” haqqında qanuna dəyişikliklər mətbuatın gündəmini zəbt etdi. Başlıqlar Qafqaz Müsəlmanları İdarəsinə qarşı yönəldi".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Fəzail İbrahimli “Dini etiqad azadlığı” haqqında qanuna dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı deyib.     

 

Komitə sədrinin fikrincə, müzakirələrdə elə təəssürat yaradılıb ki, guya QMİ bu dəyişikliyə bənd imiş:

 

"Məgər Şeyxin Azərbaycan tarixindəki rolu nəzir qutusu, molla təyinatına bağlıdır? Cəmiyyətdə bu qədər xidməti olan bir adamı niyə nəzir qutusu, molla təyinatı ilə əlaqələndirirlər?! Mən Şeyx təəssübkeşi kimi danışmıram, amma mətbuatda yazılan xəbərlərə baxın. Qanunun təqdimatında elan etmişdim, yenə deyirəm, dəyişikliklər qanunun müasir dövrün tələblərinə uyğunlaşması ilə bağlıdır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi