"Regional məsələlər Komitəsində Gəncənin rayonlarının ləğvi müzakirə ediləndə Gəncədən olan deputatlar dəvət edilməyib".
Modern.az xəbər verir ki, bunu Gəncədən seçilən deputat Müşfiq Cəfərov Milli Məclisin bu gün keçirilən iclasında deyib.
"Həmin rayonların ərazisindəki polis idarələri, bankların filialları, yanğından mühafizə idarələri, sosial müdafiə ilə bağlı idarələrin və s. tabeçiliyi necə olacaq? Bu dəyişiklik həmin strukturlarda işçi sayının azalmasına səbəb olmamalıdır".