Modern.az

Moldova parlamentinin spikeri Azərbaycana GƏLİR

Moldova parlamentinin spikeri Azərbaycana GƏLİR

20 Fevral 2022, 19:27

Moldova parlamentinin spikeri İqor Qrosu Azərbaycana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ölkə parlamentinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata əsasən, İ.Qrosu Milli Məclisin sədri Sahibə Qafarovanın dəvəti ilə Bakıya səfər edəcək. Səfər fevralın 21-dən 23-dək baş tutacaq.

 

Azərbaycanın parlamenti ilə dostluq qrupunun üzvü olan deputat Vitali Jakot da spikerlə birlikdə Azərbaycana səfər edəcək.

 

Səfər zamanı İ.Qrosu Sahibə Qafarova, Baş Nazir Əli Əsədov və Moldova diasporu ilə görüşəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi