Dövlət orqanları, o cümlədən parlament, Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımının tanıdılması ilə bağlı xeyli işlər görülüb.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Onun sözlərinə görə, Milli Məclisin iclasında da qeyd olunub ki, bir çox dövlətlərin icra orqanları, eyni zamanda qanunverici orqanlar tərəfindən, eləcə də ABŞ-ın 20 ştatı tərəfindən Xocalı soyqırımı tanınıb.
“Bizim əsas məqsədimiz bu işi davam etdirmək və nəticə etibarilə beynəlxalq təşkilatlarda hadisənin tanınmasına nail olmaqdır. Eyni zamanda, məqsədimiz ondan ibarətdir ki, bu cinayət bir də baş verməsin. Ermənistan Azərbaycandan üzr istəməli və vurulmuş ziyana görə kompensasiya ödəməlidir".
Z.Əsgərov deyib ki, digər tərəfdən Xocalı soyqırımını təşkil etmiş Koçaryanlar, Sarkisyanlar ədalət məhkəməsi qarşısında cavab verməlidir.
Turqay Musayev