Modern.az

Müdafiə Nazirliyi "div"lərdən təmizlənməlidir - DEPUTAT

Müdafiə Nazirliyi

Parlament

4 Mart 2022, 11:13

"Biz Qarabağdakı yarımçıq işlərimizi yekunlaşdırmaq, oranı bəzi ünsürlərdən təmizləmək üçün ilk növbədə Müdafiə Nazirliyini təmizləməliyik". 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

 

Deputat Nazirlikdə aparılan yoxlamaların davam etdirilməsinin vacibliyini qeyd edib:  

 

"Nizami adlı general 80 milyon pul yeyib. Biz bu məsələyə elə yanaşmalıyıq ki, Ordumuzun güclənməsinə, haqsızlıqla üzləşən əsgərlərimizin haqqının bərpasına nail olaq. Bu tək hansısa məmurun etdiyi qanunsuzluqlar deyil. Orada "div"lərin mənimsəmələri var. Orada oturan “div”ləri aradan qaldırmaq lazımdır. Bütün bunları dərindən araşdırılmalı, tədbir görülməlidir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi