Modern.az

Ermənilərin ərazilərimizdə heç bir tarixi abidəsi olmayıb, bu gün də yoxdur

Ermənilərin ərazilərimizdə heç bir tarixi abidəsi olmayıb, bu gün də yoxdur

14 Mart 2022, 11:37

“Avropa parlamentinin Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı qəbul etdiyi qətnamə ermənipərəst qüvvələr tərəfindən hazırlanıb və faktlara söykənmədiyi üçün heç bir əsası yoxdur”.

 

Bu sözləri Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

 

Deputat bildirib ki, öz dövləti və torpaqları olmayan, XIX əsrin ortalarında Azərbaycana köçürülmüş müəyyən bir qrupun qədim tarixə, tarixi mədəni abidələrə malik olması faktları həqiqəti əks etdirmir, uydurulmuş məqamlardır:

 

“Əslində bu mədəni abidələrin əksəriyyəti alban abidələridir və Ermənistan daimi olaraq bunu saxtalaşdırmaq, özəlləşdirməklə dünyada öz tarixini sübut etməyə, qədim irsə, mədəniyyətə malik olduğunu sübut etməyə çalışıb. Tarix və faktlar göstərir ki, əslində ermənilərin Azərbaycan ərazilərində heç bir tarixi abidəsi, mədəni mərkəzləri olmayıb, bu gün də yoxdur. Ola bilər, yerləşdikləri ərazilərdə ibadətgahları, kilsələri mövcud olub.

 

Avropa parlamentinin qəbul etdiyi qətnamə Azərbaycan həqiqətlərinə kölgə salmaq və Azərbaycanın apardığı mübarizəni, qazandığı qələbələri təhrif etməkdən başqa məqsədə xidmət etmir”.

 

Komitə sədri xatırladıb ki, əslində uzun illər boyu ermənilər Azərbaycanın tarixi mədəni abidələrinə qəsd edib, dağıdıb, onları yer üzündən siliblər:

 

“Bunu faktlar və hadisələr göstərir. İşğaldan azad olunmuş torpaqlara bir çox xarici ölkə jurnalistlərinin, siyasətçilərin, dövlət rəhbərlərinin gəlişi və orada həmin hadisələrlə bilavasitə tanışlığı erməni vandalizminin nəyə qadir olduğunu dünyaya nümayiş etdirib. Bunlar dünya mətbuatında işıqlandırılıb, dünyanın diqqətinə, beynəlxalq təşkilatlara çatdırılıb. Avropa parlamentinin hadisələrə qərəzli yanaşması, Azərbaycana qarşı belə qətnaməni qəbul etməsi, nəinki Avropa parlamentinə, eləcə də parlamentdə təmsil olunan ermənipərəst qüvvələrə başucalığı gətirmir, əksinə, bu qurumu gözdən salır, nüfuz dairəsini zəiflədir.

 

İnsanlar tərəfindən seçilən, parlamentə göndərilən şəxslərin belə yanlış mövqedən çıxış etməsi, onların ikiüzlülüyünü nümayiş etdirməklə bərabər, hadisələrə real qiymət verilməməsinin, gələcəkdə münaqişələrin qızışdırılmasına təkan verilməsi deməkdir. Obyektiv olmayan hər hansı faktı gündəmə gətirmək, əsaslı olmayan qətnamələr qəbul etmək Avropa parlamentinin ruhuna yad olmalıdır. Çünki bu, qurumun gələcək fəaliyyətinə kölgə salır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi