Modern.az

Əli Əsədov Ukrayna hadisələrinə münasibət BİLDİRDİ

Əli Əsədov Ukrayna hadisələrinə münasibət BİLDİRDİ

15 Mart 2022, 11:41

Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında Ukraynada baş verən hadisələrdən danışıb.

 

Modern.az xəbər verir ki, Baş nazir bu barədə Milli Məclisdə 2021-ci ildə görülən işlər haqqında hesabatı təqdim edərkən söz açıb.

 

Ə.Əsədov bildirib ki, soydaşlarımızın Ukraynadan təhlükəsiz təxliyəsi üçün bütün addımlar atılır: "Bu gün səhər saatlarına olan məlumata görə, Ukraynada yaşayan 9246 vətəndaşımız təxliyə edilib. Hazırda proses davam etdirilir".

 

Baş nazir, həmçinin qeyd edib ki, müharibə ilə əlaqədar maliyyə bank sahəsinin üzləşdiyi problemlər Azərbaycana təsir etməyəcək: "Azərbaycanın maddi ehtiyatları dayanıqlıdır, iqtisadiyyatı inkişaf edir".

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi