“2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ai Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsi, işğalçı Ermənistanın üzərində qazanılan möhtəşəm hərbi-siyasi-iqtisadi Qələbə 2021-ci ilin əsasən qələbənin bütün sahələrdə təsbit edilməsi, bərpa-quruculuq işlərinə start verilməsi ili kimi xarakterizə olunmasına mühüm töhfə verib”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında hökumətin 2021-ci ildə görülən işlər haqqında hesabatının müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, iqtisadiyyatı şaxələndirmək, neftdən asılılığı azaltmaq, iqtisadi artımın sürətini və dayanıqlılığını gücləndirmək, əhalinin rifah halını yaxşılaşdırmaq, maliyyə sabitliyini qorumaq kimi vəzifələr də 2021-ci ildə ölkəmiz qarşısında müəyyən edilmiş əsas çağırışlardan olub:
“Hesab edirik ki, Milli Məclisə təqdim olunmuş hesabat struktur və məzmun baxımından əhatəli və inkluzivdir, dövlət başçısı tərəfindən hökumət qarşısında qoyumuş vəzifələrin yerinə yetirilməsi səviyyəsinin ölçülməsi üçün xeyli məlumatlarla təhciz olunub və Milli Məclis deputatlarına hökumətin fəaliyyətini qiymətləndirmək üçün lazımi əsas yaradır. Hesabatda deputatlatın təklif və tövsiyyələrinin icrasına da geniş yer ayrılmasını xüsusi vurğulamaq istərdim.
2021-ci ildə müxtəlif ölkələr üzrə inkişaf və bərpa prosesinin sürəti - peyvəndləmə səviyyəsindən, səhiyyə sisteminin durumundan, iqtisadiyyatın strukturundan və diversifikasiya səviyyəsindən, fiskal dəstək tədbirlərinin səmərəlilik dərəcəsindən - asılı olub. Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın birbaşa rəhbərliyi ilə həyata keçirilən bu tədbilər nəticəsində ölkəmizdə 2021-ci ildə iqtisadi fəallığın bərpa edilməsi, daha sürətli iqtisadi artıma nail olunması, əhalinin maddi rifah halının yaxşılaşması və sosial proqramların genişlənməsi üçün münbit şərait yaranmıb.
Beləliklə, 2021-ci ilə Azərbaycan əsasən 3 iqtiqamətdə - İşğaldan aad olunmuş ərazilərin bərpa edilməsi, pandemiyanın iqtisadiyyatda yaratdığı fəsadların aradan qaldırılması, qlobal ərzaq qıtlığı və bahalaşması ilə mübarizə aparıb və xeyli uğurlara nail olub”.