"Biz niyə elə mühit yaradırıq ki, iş adamları buradan qaçıb, xaricə gedir?"
Modern.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Deputatın sözlərinə görə, Azərbaycan hökuməti ölkəyə investisiya qoyuluşunu artırmaq üçün maliyyə, tikinti amnistiyaları verməlidir:
"Biz xüsusilə çalışmalıyıq ki, yerli investorlar xaricə qaçmasın. Bununla bağlı təkliflər hazırlanıb, Milli Məclisə təqdim edilməlidir".