Modern.az

“Zəng edib problemi deyirik, bizi yola verirlər” – Sabir Rüstəmxanlı

“Zəng edib problemi deyirik, bizi yola verirlər” – Sabir Rüstəmxanlı

15 Mart 2022, 15:51

"Milli Məclisin iclasında çıxışa yazıla bilməyənlər təmsil etdiyi rayondakı problemi qaldıra bilmirlər". 

 

Modern.az xəbər verir ki, bu sözləri deputat Sabir Rüstəmxanlı Milli Məclisinin bu gün keçirilən iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib. Deputat bildirib ki, dövlət qurumları deputatların müraciətlərini cavabsız qoyur: 

 

“Bizim üçün əlçatan tribuna buradır. Hökumətə çıxış imkanımız demək olar ki, yoxdur. Zəng edirik, problemi deyirik, geri dönəcəyik deyib, yola verirlər. Elə bil parlament hökumətə hesabat verir, hökumət Milli Məclisə yox. Hesabatın müzakirəsi üçün bir gün çox azdır”.

 

S. Rüstəmxanlı təklif edib ki, Milli Məclisdə azlıqda olan partiya təmsilçilərinə də söz verilsin.

 

Spiker Sahibə Qafarova isə bildirib ki, çıxış etmək üçün 50 deputat qeydiyyatdan keçib: "Siz sırada 29-cusunuz, vaxt qalarsa, söz verəcəyik".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi