Modern.az

Deputatlar bayram tətilini necə keçiriblər?

Deputatlar bayram tətilini necə keçiriblər?

Parlament

29 Mart 2022, 12:22

Azərbaycanda Novruz bayramı ilə əlaqədar olaraq, martın 19-dan 27-dək 9 gün qeyri-iş günü idi. Artıq tətil bitib və hər kəs işinə geri dönüb. Tətil günlərində bəzi insanlar rayona üz tutub, bəziləri xaricə gedib, bir çoxları isə elə şəhərdə yarımçıq qalmış işlərini davam etdirib.

 

Bəs, deputatlar tətil günlərini necə keçiriblər?

 

Modern.az bu suala cavab almaq üçün Milli Məclisin bir neçə deputatına müraciət edib.

 

Deputat Fazil Mustafa deyib ki, bayram tətilini ölkə daxilində keçirib:

 

“Fərqli bir tətil planım yox idi. Daha çox ailə ilə vaxt keçirməyə üstünlük verdim. Uşaqları istirahət məqsədi ilə rayona da aparmışdım. Tətil günlərində həm də yaxın qohumların evinə qonaq getdik”.

 

 

Parlamentari Ceyhun Məmmədov tətil günlərində əsasən ailəsi ilə birgə olmağa üstünlük verib:

 

“Bayram tətilinin 2 gününü isə şəhid ailələri ilə keçirdim. Göyçaydan olan şəhidlərimizin ailəsi ilə görüşdüm. Çalışdım ki, yarımçıq qalmış işləri tamamlayım”.

 

 

Jalə Əhmədova da həmkarları kimi bayramı Azərbaycanda qeyd edib:

 

"Tətilin 2 gününü ailəmlə birgə keçirdim. Bütün tətil günlərində şəhid ailələri ilə bir yerdə olmuşam. Bakıda və Tərtərdə olan əsgərlərimizlə bayramlaşmağa getmişdim. Feysbuk hesabımda da getdiyim yerlərin hər birindən paylaşım etmişəm”.

 

 

Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov da bayramı ailəsilə keçirənlərdəndir:

 

“Bütün qohumlarla Göygölə anamın yanına getmişdik. Daha sonra şəhid ailələrini ziyarətə getdim. Kəlbəcər rayon İcra Hakimiyyətində də vətəndaşlarla görüşdüm. İndi də Ağdama şəhid ailəsi ilə görüşməyə gedirəm”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi