Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın iclasında Ermənistan parlamentinin spikerinə verdiyi cavaba aydınlıq gətirib.
Modern.az xəbər verir ki, bu barədə spiker Milli Məclisin bu gün keçirilən iclasında danışıb.
"Martın 29-dan MDB PA-nın təntənəli iclasında iştirak etdim. Ermənistan parlamenti spikerinin atəşkəsin pozulması haqqında iddialarına Azərbaycanın cavabını diqqətə çatdırdım. Qeyd etdim ki, ərazilərimizdəki erməni silahlı birləşmələri çıxarılmalıdır. Azərbaycan bütün hərbi əsirləri Ermənistana təhvil verib. Üçtərəfli bəyanatdan sonra Azərbaycan tərəfinə keçən və tutulan şəxslər Cenevrə konvensiyasına uyğun olaraq, hərbi əsir deyil", - spiker bildirib.