Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Mərkəzi Bankın rəhbərliyindən uzaqlaşdırılan Elman Rüstəmova təşəkkür edib.
Modern.az xəbər verir ki, bu barədə deputat Milli Məclisin bu gün keçirilən iclasında Taleh Kazımovun AMB İdarə Heyətinin üzvlüyünə təyin edilməsi haqqında qərarın müzakirəsi zamanı deyib:
"Elman Rüstəmov 27 ildir bu vəzifədə çalışıb. Taleh Kazımovun idarə heyətinin üzvü təyin edilməsinə səs verəcəyik, uğurlar arzulayırıq. Amma bank sistemində ciddi problemlər var. Artıq insanlar bankdan yox, deputatdan kredit istəyirlər. Ölkəmizdə vətəndaşlara verilən kredit faizləri digər ölkələrdən yüksəkdir. Bu faizlər heç olmasa birrəqəmli faizlərə salınsın. Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var. Lakin bu valyuta ehtiyatlarının müəyyən hissəsindən vətəndaşlara əlçatanlığı təmin edilməlidir”.