Milli Məclisin sabahkı plenar iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin dəyişdirilməsi müzakirə olunacaq.
Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” qərar layihəsi plenar iclasın gündəliyinə daxil edilib.
Layihəyə əsasən, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Soltan Məmmədovun, Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Sadiq Qurbanovun namizədliyi irəli sürülüb.
Qeyd edək ki, hazırda Milli Məclisin 81 ölkənin parlamentləri ilə dostluq qrupu fəaliyyət göstərir.