Modern.az

“Ermənilərlə bütün sahələrdə əlaqə qurmalıyıq” - Fazil Mustafa

“Ermənilərlə bütün sahələrdə əlaqə qurmalıyıq” - Fazil Mustafa

Parlament

15 Aprel 2022, 11:30

"Ermənistanda Qarabağın Azərbaycan torpağı olduğunu etiraf edən rəhbər ortaya çıxıb". 

 

Modern.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. Deputat Ermənistanın etiraflar durumundan istifadə etməyin lazım olduğunu vurğulayıb.

 

"Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzi yüksək səviyyədə fəaliyyət gostərir. Bu mərkəz cəmiyyətin fikrini, təkliflərini öyrənib, dövlətə çatdırır. Parlamentin də hansısa formada bu cür komissiyasının yaradılması lazımdır. Erməni parlamenti ilə münasibəti gücləndirməliyik. QHT-lər erməni QHT-lərlə forumların keçirilməsinə çalışmalıdır. Ermənistan cəmiyyətinə təklifləri biz verməliyik. Çünki biz qalibik. Bütün sahələrdə tarixçilər, yazıçılar və s. iştirakı ilə Ermənistanla əlaqələr qurulmalıdır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi