Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclası yekunlaşıb.
Modern.az xəbər verir ki, iclasın gündəliyinə daxil edilən “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabat deputatların müzakirəsindən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.
***
11:00
Hesablama Palatasının 2021-ci ildə görülən işlər haqqında hesabatı Milli Məclisdə müzakirə edilir.
Modern.az xəbər verir ki, bununla bağlı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.
İclasda Hesablama Palatasının rəsmiləri də iştirak edir.