“Biz xahiş etmişdik ki, büdcədən oğurluq edən məmurlar barədə məlumat verilsin. Bəzi məmurlar bu gün də büdcə pullarını xımır-xımır yeyir”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatının müzakirəsində deyib.
Bundan əlavə, deputat insanların 90 faizinin icbari tibbi sığortadan narazı olduğunu bildirib: “Deputatlar var ki, bununla bağlı müraciət ediblər. Ancaq onlara da narazılıqla bağlı cavab verilməyib”.