“Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatı gələn həftə Milli Məclisdə müzakirə ediləcək.
Modern.az xəbər verir ki, parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq sənəd haqqında Palatanın sədri Vüqar Gülməmmədov özü məlumat verəcək.
Plenar iclasın aprel ayının 26-da keçirilməsi gözlənilir.