Modern.az

Azay Quliyevdən seçki ÇAĞIRIŞI: “Fürsətdən vaxtında istifadə edin”

Azay Quliyevdən seçki ÇAĞIRIŞI: “Fürsətdən vaxtında istifadə edin”

Parlament

28 Aprel 2022, 21:50

ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev Bosniya və Herseqovinada seçki islahatları ilə bağlı razılaşmanın əldə edilməməsinə dair narahatlığını ifadə edib.

Modern.az xəbər verir ki, bu barədə ATƏT PA-nın saytında məlumat yayılıb.

“Mən siyasi liderləri mənalı dialoq əsasında anlaşmaya, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun tövsiyələrini ehtiva edən razılığa gəlməyə çağırıram”, - Azay Quliyev deyib.

O əlavə edib ki, ATƏT PA bu fundamental işdə bütün aidiyyatı tərəflərə yardım etməyə hazırdır.

Seçkilərin təyin edilməsi üçün son tarix mayın 4-nə təyin olunduğundan xüsusi nümayəndə Bosniya və Herseqovina siyasi liderlərini bu fürsətdən vaxtında istifadə etməyə və razılığa gəlməyə çağırıb.

Onun sözlərinə görə, seçkilər istənilən funksional demokratiyanın əsasını təşkil edir, demokratik təsisatların fəaliyyətini boykot etmək və bloklamaq perspektivi ATƏT məkanının sabitliyi üçün ciddi narahatlıq yaradır.

Qeyd edək ki, Azay Quliyev martın 8-10-da Bosniya və Herseqovinada səfərdə olub, parlamentarilər, hökumət rəsmiləri və siyasi partiyaların nümayəndələri ilə görüşüb. O, parlament dialoqunun əhəmiyyətini bir daha vurğulayıb.

“Son iki onillikdə əldə edilmiş irəliləyişlər səngiməməli, əksinə Bosniya və Herseqovina vətəndaşlarının rifahı naminə irəliləməyə davam etməlidir”, - Azay Quliyev çıxışında vurğulayıb.

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi