Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatı Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Modern.az xəbər verir ki, bu barədə parlamentin İnsan hüquqları komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən birgə iclasında qərar qəbul edilib.
Deputatların müzakirəsindən sonra illik məlumat parlamentin plenar iclasına tövsiyə olunub. Sənədi Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimovun təqdim edəcəyi bildirilib.