Modern.az

Qafqazın diplomatiya mərkəzi – Şuşanın yeni statusu

Qafqazın diplomatiya mərkəzi – Şuşanın yeni statusu

Parlament

30 Aprel 2022, 09:20

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa regionun diplomatiya mərkəzinə çevrilir. İşğaldan azad edildikdən dərhal sonra bərpa-quruculuq işlərinə başlanılan tarixi şəhərimiz mədəni tədbirlərlə yanaşı, diplomatik toplantılara da ev sahibliyi edir. Bu, ilk növbədə Şuşanın təkcə Azərbaycan üçün deyil, eyni zamanda regional əhəmiyyətindən xəbər verir.

 

Xarıbülbül festivalı, Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı, Dünya Azərbaycanlılarının V Qurultayı, Milli Məclisin komitə iclasları və ardınca "Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq" adlı beynəlxalq forumun məhz Qarabağda təşkil olunması Böyük Zəfərin simvolu olan Şuşanın tezliklə Qafqazın siyasi, diplomatik mərkəzi statusuna sahibləndiyini göstərir.

 

Şuşada keçirilən beynəlxalq tədbirlər barədə Modern.az-a danışan deputat Ceyhun Məmmədov bunun ölkəmizin üçün önəmli olduğunu bildirib.

 

Onun sözlərinə görə, Vətən müharibəsindən sonra qarşımızda duran mühüm vəzifə qələbəmizin möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin dünyada təbliği və erməni vəhşiliyinin ifşasıdır:

 

“Bu istiqamətdə dövlət davamlı olaraq tədbirlər həyata keçirir. Bildiyimiz kimi, Şuşada beynəlxalq konfranslar təşkil olundu, daha sonra Zəfər Qurultayı baş tutdu. Eyni zamanda Milli Məclisin komitələrinin iclasları bu şəhərdə keçirilir. Hesab edirəm ki, bütün bunlar çox vacib məqamlardır. Biz bununla həm Zəfərimizi möhkəmləndirir, həm Azərbaycan həqiqətlərini dünyaya bəyan edir, həm də erməni vəhşiliyini bütün dünyada ifşa edirik. Bu baxımdan belə tədbirlərin keçirilməsi çox önəmlidir”.

 

 

“Önəmli tədbilərin Şuşada keçirilməsi həm də cənab Prezidentin həyata keçirdiyi uğurlu, qətiyyətli və prinsipial siyasətin göstəricisidir. Əlbəttə, buraya xaricdən qonaqlar, müxtəlif alimlər gəlir. Onlar bu prosesləri öz gözləri ilə görürlər. Onlar reallıqlarla tanış olduqdan sonra həmin reallıqları öz ölkələrində təbliğ edirlər və öz ölkələrinin vətəndaşlarına daha təfsilatlı çadırırlar”,- deyə C.Məmmədov qeyd edib.

 

 

 

Deputat Asim Mollazadə xatırladıb ki, Şuşanın bərpa olunması istiqamətində sürətlə işlər həyata keçirilir. Günü-gündən gözəlləşən mədəni paytaxtımız yalnız Azərbaycanın deyil, bütün bölgənin mərkəzinə çevrilir.

 

Parlamentari qeyd edib ki, bundan sonra da Şuşada həm mədəniyyət sahəsində, həm elmi və siyasi sahədə konfranslar, toplantılar təşkil olunacaq:

 

"Şuşa bütövlükdə regional mərkəz kimi mühüm rol oynayacaq. Şuşa dünya ölkələrinin bizim mədəniyyətimizi anlaması üçün bir mərkəz olacaq. Bu istiqamətdə işlər gedir. Şuşa nəinki mədəniyyət sahəsində, həm də diplomatik sahədə beynəlxalq tədbirlərə, konfranslara ev sahibliyi edir. Mən düşünürəm ki, Şuşa dünyaya əhəmiyyətli məsələlərdə öz töhfəsini verəcək".

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi