Modern.az

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

Parlament

18 Fevral 2013, 11:36

Milli Məclisin növbəti plenar iclası fevralın 22-də keçiriləcək. Parlamentdən APA-ya verilən məlumata görə, iclasda 17 məsələ müzakirəyə çıxarılacaq.

İclasın gündəliyinə “Veteranlar haqqında”, “Könüllülük fəaliyyəti haqqında”, “Dini etiqadlar azadlığı haqqında”, “Əmək pensiyaları haqqında” qanunlara dəyişikliklərlə yanaşı, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ərazisində dəyişikliklər edilməsi ilə bağlı sənəd və bir sıra ölkələrlə imzalanmış sənədlərin ratifikasiyası var.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım