Modern.az

Parlamentin növbədənkənar sessiyası keçiriləcək

Parlamentin növbədənkənar sessiyası keçiriləcək

Parlament

17 May 2022, 09:28

Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək.

 

Modern.az "Report"a istinadən məlumat verir ki, bununla bağlı yaxın günlərdə deputatlar parlamentin sədrinə müraciət edəcəklər.

 

Növbədənkənar sessiyanın iyun ayında keçirilməsi planlaşdırlır.

 

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən parlamentin 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə Milli Məclis öz iclaslarını keçirir, Milli Məclisin komitə və komissiyalarının iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.

 

Qeyd edək ki, parlamentin yaz sessiyası mayın 31-də başa çatır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi