Modern.az

Təqaüdə göndərilən Səfa Mirzəyev bundan sonrakı planını AÇIQLADI 

Təqaüdə göndərilən Səfa Mirzəyev bundan sonrakı planını AÇIQLADI 

Parlament

18 May 2022, 14:38

Milli Məclis Aparatının sabiq rəhbəri, bir neçə gün öncə təqaüdə göndərilən 70 yaşlı Səfa Mirzəyev bundan sonrakı planları ilə bağlı Modern.az-ın sualını cavablandırıb.


Əməkdaşımızla qısa söhbətində Səfa Mirzəyev istirahət etmək, bundan sonrakı zamanını sakit və hüzur içində yaşamaq istədiyini qeyd edib.


Səfa Mirzəyev elmi, pedaqoji fəaliyyətlə məşğul olub-olmayacağı haqda sualı isə cavabsız qoyub.
 

Xatırladaq ki, mayın 12-də 70 yaşı tamam olan S.Mirzəyev yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, 1996-cı ildən 2022-ci il mayın 16-na kimi Milli Məclis Aparatının rəhbəri işləyib.
 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi