Milli Məclisin komitələrinin Şuşada keçiriləcək növbəti birgə iclasının gündəliyi məlum olub.
Modern.az xəbər verir ki, mayın 21-də Şuşa şəhərində parlamentin Gənclər və idman komitəsinin Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birgə toplantısı baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, gənclərin və ölkəmizi yarışlarda təmsil edən idmançıların maarifləndirilməsi.
2. Qarabağ tarixində ailə dəyərləri və qadın hüquqları.