Modern.az

Deputatlar Şuşada iclas keçirdilər - YENİLƏNİB

Deputatlar Şuşada iclas keçirdilər - YENİLƏNİB

Parlament

21 May 2022, 13:40

Mayın 21-də Şuşada Milli Məclisin birgə komitələrinin iclası keçirilib.

 

Modern.az-ın məlumatına görə, Gənclər və idman, həmçinin Ailə, qadın və uşaq məsələləri komitələrinin Şuşada birgə iclasında iki məsələ müzakirə edilib.

 

Deputatlar Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, gənclərin və ölkəmizi yarışlarda təmsil edən idmançıların maarifləndirilməsi və Qarabağ tarixində ailə dəyərləri və qadın hüquqları məsələlərini müzakirə ediblər.

 

****

13:40

Milli Məclisin Gənclər və idman, Ailə, qadın və uşaq məsələləri komitələrinin Şuşada birgə iclası keçirilir.

 

Modern.az-ın xəbərinə görə, Milli Məclisin deputatlarının iştirakı ilə keçirilən toplantının gündəliyinə iki məsələ daxil edilib.

 

Bunlar aşağıdakılardır:

 

1. Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, gənclərin və ölkəmizi yarışlarda təmsil edən idmançıların maarifləndirilməsi.

 

2. Qarabağ tarixində ailə dəyərləri və qadın hüquqları.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi