Modern.az

İqbal Ağazadədən deputat həmkarına sərt cavab: “O, ağlına gələni danışır” - QALMAQAL

İqbal Ağazadədən deputat həmkarına sərt cavab: “O, ağlına gələni danışır” - QALMAQAL

22 Fevral 2013, 18:04

Milli Məclisin bugünkü iclasında sözləri çəp gələn millət vəkilləri İqbal Ağazadə ilə Qüdrət Həsənquliyev arasında qalmaqal davam edir.

“Bəzi şəxslər bizi Rusiyaya işləməkdə və Türkiyəyə qarşı çıxmaqda günahlandırırlar. Halbuki, həmin şəxslər vaxtilə Rusiyaya sığınmış və Azərbaycana ekstradisiya olunmuş Ayaz Mütəllibovun fəal dəstəkləyənləri idi”-deyən BAXCP sədri Qüdrət Həsənquliyev deputat İqbal Ağazadəyə işarə edib.
Q.Həsənquliyevin bu parlamentdəki bu çıxışına həmkarı İqbal Ağazadənin cavabı gecikmədi.

Modern.az-a açıqlamasında İqbal Ağazadə deputat həmkarını özünü qeyri-ciddi aparmaqda ittiham edirb. İ.Ağazadənin sözlərinə görə, Qüdrət Həsənquliyev mənasız fikirlər söyləməklə məşğuldur.

“Belə qeyri-ciddi məsələlərə münasibət bildirmək istəmirəm. Bilmirəm bu adamlar niyə belədir. Ağıllarına gələni danışırlar. Mən ondan fərqli olaraq ciddi məsələlərlə məşğulam, qeyri-ciddi məsələlərə cavab vermək istəmirəm”.

Qeyd edək ki, Milli Məclisin iclasında Türkiyə Prezidenti Abdulla Gülün erməni həmkarı Serj Sərkisyanı təbrik etməsinin müzakirələrində deputatlar arasında fikir ayrılığı yaranıb. Bir-birlərini ittiham edən deputatların “söz davası”  Q.Həsənquliyevin bu çıxışından sonra daha da şiddətlənib.

 Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım