Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
Modern.az xəbər verir ki, iclasda "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə olunub.
Müzakirələrdə maliyyə naziri Samir Şərifov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və deputatlar iştirak ediblər.
Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.