“Azərbaycanda infilyasiya ilə bağlı rəqəmləri yoxlamağa ehtiyac var. Daxildə bizim kifayət qədər problemlərimiz var”.
Modern.az-ın xəbərinə görə, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib.
"İqtisadiyyat Nazirliyi bu istiqamətdə xeyli işlər görür, amma kifayət deyil. Azərbaycanda gündəlik təlabat mallarının qiymətlərinə yenidən baxılmalıdır. İnflyasiyadan istifadə edənlər var", - deyə deputat qeyd edib.