Mayın 17-də İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin parlament sədrlərinin Milli Məclisdə konfransı keçirilib.
Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında məlumat verib.
Sədr qeyd edib ki, konfransda Bakı Bəyannaməsi imzalanıb:
"Sənəddə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə münasibətilə Azərbaycan təbrik edilir, qələbənin regionda davamlı sülhə gətirib çıxaracağına inam ifadə olunur. Bakı Bəyannaməsinin mühüm müddəalarından biri də Şərq-Qərb və Şimal-Cənub Dəhlizinin davamı olan yeni Zəngəzur dəhlizinin açılmasına güclü dəstək nümayiş etdirilir”.