Modern.az

Komitə sədri deputatın iradlarını əsassız saydı - YENİLƏNİB

Komitə sədri deputatın iradlarını əsassız saydı - YENİLƏNİB

Parlament

27 May 2022, 12:54

"Ələt Azad iqtisadi zonası" haqqında qanunda konstitusiyaya zidd müddəalar var".


Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib. 

 

O qeyd edib ki, sahibkarın xeyrinə olan güzəştlər qanunda qeyd edilməlidir: 

 

"Bu qanun Konstitusiyanın 71-ci maddəsinin 7-ci hissəsi ilə ziddiyyət təşkil edir. Bu hissədə məhkəmələrin həll etdiyi məsələ qanunda azad iqtisadi zonanın səlahiyyətinə verilir. Ələt Azad İqtisadi zonasında fərqli hüquqi tənzimləmə tətbiq oluna biləcəyi qanunda yer alır. Amma bu, Milli Məclisin səlahiyyətinə aid olan məsələdir. Vergiləri, gömrük rüsumlarını Milli Məclis təyin edə bilər, başqa dövlət qurumu vergi, gömrük rüsumu tətbiq edə bilməz. Aksiz dərəcələrini qanunla müəyyən etməliyik, amma bu Vergi Məcəlləsinə daxil edilib. Komitənin iclasında iştirak edən Vergi Xidmətinin nümayəndəsi Samirə xanım bunu əsaslandırmağa çalışdı. Amma o Konstitusiyaya zidd olan maddəni konstitusiyaya zidd olan digər maddə ilə izah etmək istədi. Bu qanunlar ekspertizadan keçirilməlidir. Cənab Prezidentə təşəkkür edirəm ki, bizim burada qaldırdığımız məsələni həyata keçirdi, Hüquq Ekspertiza Mərkəzinin yaradılması barədə sərəncam imzaladı. Bizim aparat rəhbəri də orada təmsil olunur. Düşünürəm ki, Milli Məclisə gələn bütün qanun layihələri orada ekspertizadan keçirilməlidir”.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deputatların iradlarına cavab verib.

 

"Qanunun hər hansı müddətlərinin Konstitusiyaya zidd olduğunu qəbul etmirəm", - deyə komitə sədri bildirib.

 

"Aksiz dərəcələrini, vergi rüsumlarını Milli Məclis müəyyən etmir. Yeni vergi növünün tətbiqini Milli Məclis qəbul edir, bu düzdür. Amma verginin dərəcələrini müəyyən etmək səlahiyyətini biz Ələt Azad İqtisadi Zonasına vermişik", - deyə Tahir Mirkişili vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi